Dünya futbolu
Potter “Nitsa”ya “hə” deməyə tələsmir
Qrem Potter “Çelsi”dəki uğursuzluğa rəğmən, yeni təkliflər alır. Mütəxəssisin “Brayton”da gördüyü işlər baş məşqçi axtaran klubların nəzərindən yayınmayıb.
Futbolinfo.az xəbər verir ki, ötən ay “zadəganlar”ın baş məşqçi postundan uzaqlaşdırılan ingilis məşqçiyə “Nitsa” müştəri düşüb. Gələn mövsüm iddialı olmaq istəyən Fransa klubu məhz Potterlə anlaşmaq istəyir. Tərəflər iki dəfə görüşüb, müzakirə aparıb. Lakin məşqçi yekun qərarını bildirmək üçün mövsümün yekunlaşmasını gözləyir.
Potterin vaxt uzatmasının əsas səbəbi İngiltərədə çalışmaq istəyi ilə bağlıdır. O, vətənindən yaxşı təklif alacağına ümid edir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”