Dünya futbolu
Premyer Liqa klubu milli üzvünü icarəyə verdi
“Fulhem” müdafiəçisi Kevin Mbabunu icarəyə verib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 27 yaşlı futbolçunu İsveçrənin “Servett” klubuna göndərib.
İsveçrə millisinin də üzvü olan müdafiəçi bu mövsümün sonunadək icarədə oynayacaq.
Mbabu məhz “Servett”in yetirməsidir. O, bu klubdan ayrılandan sonra “Nyukasl”, “Reyncers”, “Yanq Boyz” və “Volfsburq” kimi klubların da formasını geyinib. Müdafiəçi 2022-ci ilin yayında 5.6 milyon avro qarşlığında transfer olunduğu “Fulhem”də cəmi 5 oyun keçirib. O, İsveçrə millisində də 22 oyunda forma geyinib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?