Dünya futbolu
Premyer Liqa klubundan yeni transfer
İngiltərənin “Lids” klubu ötən ildən icarəyə götürdüyü qapıçı İlyan Melyenin transfer hüquqlarını da alıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq klubun rəsmi saytı məlumat yayıb.
20 yaşlı fransız qolkiper müqavilə ilə ölkəsinin “Loryan” klubuna məxsus idi. O, 2019-cu ilin avqustundan “Lids”də icarədə oynayırdı. Amma 16 il sonra elitaya yüksələn bu klub gənc futbolçunu birdəfəlik transfer etməyə qərar verib. Artıq fransız oyunçu “Lids”lə 3 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, “Loryan”ın yetirməsi olan Melye Fransanın aşağı yaş qrupları üzrə yığmalarının da şərəfini qoruyur.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”