Dünya futbolu
Premyer Liqa klubunun 4 xalı silindi
“Nottingem Forest”in İngiltərə Premyer Liqasında 4 xalı silinib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, klub maliyyə qaydalarını pozduğuna görə 4 xaldan məhrum olub. İngiltərə təmsilçisi isə qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.
“Nottingem Forest” bu qərara qədər 25 xalla Premyer Liqanın turnir cədvəlində 17-ci yerdəydi. Klub 4 xalın silinməsi ilə 18-ci yerə geriləyib.
Xatırladaq ki, İngiltərə Premyer Liqasında bu mövsümün əvvəlində “Everton”dan maliyyə qaydalarını pozduğuna görə 10 xal silinib. Lakin apellyasiya şikayətindən sonra Mersisayd təmsilçisinin 4 xalı geri qaytarılıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”