Dünya futbolu
Premyer Liqada daha bir baş məşçqidən maaş endirimi
İngiltərənin “Brayton” klubunun baş məşqçisi Qraham Potter koronavirus pandemiyasına görə yaranan böhranla əlaqədar könüllü olaraq maaşında endirimə razı olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, klubda çalışanların maaş problemi yaşamaması üçün Qraham üç aylıq məvacibinin böyük hissəsindən imtina edib.
Xatırladaq ki, daha öncə “Bornmut”un baş məşqçisi Eddi Hau da maaşının böyük hissəsindən imtina etmişdi. Bununla da o, Premyer Liqa təmsilçiləri arasında maaşının azaldılmasına razılıq verən ilk baş məşqçi olmuşdu.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…