Dünya futbolu
PSJ azarkeşləri bu 3 futbolçunun komandadan ayrılmasını tələb edir
PSJ fanatları klub prezidenti Nasser Əl-Xələfinin, eləcə də futbolçular Lionel Messi, Neymar və Marko Verrattinin Paris təmsilçisindən göndərilməsini tələb edir.
Futbolinfo.az xəbər verir ki, klubun ultras qrupu rəhbərliyin istefasını tələb etmək üçün PSJ-nin ofisinin qarşısına toplaşıblar.
Azarkeşlər həmçinin Messini təhqir ediblər. Bundan sonra azarkeşlər Neymarın evinin önünə gedərək, “Neymar, çıx get!” deyə, şüarlar səsləndiriblər.
Baş verənlərlə əlaqədar PSJ rəhbərliyi narazı azarkeşlərindən qorunmaları üçün futbolçuların təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər görməyə başlayıb. Klubun bazasında da təhlükəsizlik gücləndirilib. Azarkeşlərin qəzəbinə daha çox tuş gələn Messi, Neymar və Verrattinin evlərinin ətrafında da təhlükəsizlik tədbirləri görülüb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…