Dünya futbolu
PSJ-dən Messiyə sərfəli təklif
Fransanın PSJ klubu “Barselona”nın futbolçusu Lionel Messini heyətinə qatmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisi argentinalı hücumçuya 2+1 şərti ilə müqavilə təklif edib.
Bu barədə “TNT Sports” telekanalının jurnalisti Marsel Bexler məlumat yayıb. O, PSJ-nin Messiyə etdiyi təklifin maddi baxımdan çox sərfəli olduğunu bildirib.
Messinin “Barselona” ilə müqaviləsi mövsümün sonuna qədərdir. 34 yaşlı futbolçu ilə “Mançester Siti” klubu da yaxından maraqlanır. O, bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 42 oyunda 33 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq