Dünya futbolu
PSJ-dən Qaltyeyə dəstək
PSJ baş məşqçi Kristof Qaltyenin müdafiəsinə qalxıb. Klub bəyanat yayaraq mütəxəssisə dəstəyini ifadə edib.
Rəsmi açıqlamada deyilir: “Mətbuatda baş məşqçimiz haqda ciddi iddialar yer aldı. Yazılanları qətiyyətlə rədd edirik. Qaltye bununla bağlı şikayət edəcəyini bildirib. Klub aldığı saysız və qəbuledilməz təhdidlərdən sonra Kristofu dəstəkləyir, həqiqətin ədalətlişəkildə üzə çıxarılmasını gözləyir.
Məhkəmə qərarını gözlərkən hər kəsin təhlükəsizliyini təmin etmək üçün klub hər kəsi üzərinə düşəni etməyə çağırır. PSJ rəhbərliyi, oyunçuları və bütün klub işçiləri bunun fərqindədir. İrqçilik, hər cür ayrıseçkilik qəbuledilməzdir və bununla mübarizə klubun əsas məqsədlərindəndir.
PSJ bu çətin zamanların kluba təsir etməməsinə çalışacaq. Bütün komanda sabahkı matça köklənib”.
Xatırladaq ki, mətbuatda Qaltyenin qaradərili və müsəlman futbolçuların transferinə qarşı olduğu, belə oyunçuları xoşlamadığını dilə gətirməsi iddia olunmuşdu.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?