Dünya futbolu
PSJ üçün daha bir namizəd
PSJ-nin baş məşqçisi postuna daha bir nəfərin namizədliyi ortaya çıxıb. İstefası gündəmdə olan Kristofer Qaltyeni Marselo Qalyardonun da əvəz etməsi mümkündür.
Futbolinfo.az Fransa mətbuatına istinadla xəbər verir ki, parislilər Çempionlar Liqasında “Bayern” səddini keçə bilməsə, Qaltyenin gedişi yenidə aktuallaşacaq. Komanda evdə 0:1 hesabıyla uduzduğundan, cavab matçında revanş alması çətin görünür. Belədə çoxsaylı namizədlər kimi Qalyardonun təyinatı da müzakirə olunacaq.
Qalyardo 8 ildən çox işlədiyi “River Pleyt”dən 2 ay öncə ayrılıb. Argentinalı karyerasını Avropada davam etdirmək istəyir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…