Ölkə futbolu
Püşk atılır: bəs, yeni mövsümə hazırıqmı?
Peşəkar Futbol Liqası bu gün Premyer Liqada növbəti mövsümün püşkünü atır. Yeni çempionat avqustun 5-də başlayacaqsa, belə də lazımdı. Gün təyin olunub və starta 20 gün qalmış təqvimi müəyyənləşdirmək üçün püşkün atılması normaldı.
Amma çempionata hazırıqmı? Bax, bu sual ətrafında düşünməyə dəyər.
…Bölgə klublarında vəziyyət yaxşı deyil, hələ də büdcələri təsdiq edilməyib, hansı pulla oynayacaqları bilinmir. AFFA-nın, yoxsa hansısa dövlət qurumunun dotasiya ilə yaşayan klublara yiyə duracağı bilinmir, açıqlanmayıb. Maraqlıdı, onlar Premyer Liqada iştirak üçün bank zəmanətini necə veriblər? Bu, həm də Lisenziyalaşdırma Qrupunun cavab verməli olduğu sualdı.
…Tovuz, Gəncə, Şamaxı stadionlarında işıqlandırma sistemi yoxdur. Belədə avqustun qızmar istisində bu şəhərlərin komandalarının rəqiblərini necə qəbul edəcəyi maraqlıdı. Oyunların hava qaralmamış bitməsi üçün ən geci 18.00-da başlaması şərtdi. Oyunöncəsi məşqi də nəzərə alsaq, faktiki komandalar cəhənnəm əzabına dözməli olacaq. Süni örtüklü Tovuz və Şamaxı stadionlarında oynayacaq futbolçuların halını özünüz təsəvvür edin – yaşıl örtükdən fərqli olaraq, süni qazonun şərtləri daha ağırdı.
…Yeni mövsümdə VAR-ın tətbiqi planlaşdırılır. Bir çox stadionlar Video-Köməkçi Hakim kameralarının quraşdırılması üçün münasib deyil, müvafiq yerlər tikilməyib. Ümumiyyətlə, bu sistemin tətbiqi üçün klublar, oyunları yayımlayacaq telekanal hazırdımı?
…Gəncədə soyunub-geyinmə otaqları yoxdu, stadionda təmir-tikinti işləri gedir. Problemi yoluna qoymaq üçün isə zaman çox azdı.
Görəsən, püşkü atan PFL rəsmiləri stadionlara baxış keçirərək bu sualların cavabını alıbmı? Ümumiyyətlə, bölgə stadionları yarış üçün qəbul edilibmi?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…