Dünya futbolu
“Putin əvvəlki adam deyil” – Blatter
FİFA-nın keçmiş rəhbəri Yozef Blatter Rusiya prezidenti Vladimir Putinlə bağlı fikrinin dəyişdiyini bildirib.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Blatter, Putinin əvvəlki adam olmadığını deyib:
“Mövcud vəziyyətə, eləcə də, televiziyada çıxış edən Putinə baxsaz, indi bu, əvvəlki adam deyil.
Rusiyanın futbol komandalarının yarışlardan kənarlaşdırılmasına gəlincə, idman dünyası haqlı olaraq ardıcıl reaksiya verdi və Rusiyaya “qırmızı vərəqə” göstərdi. Mən də şadam ki, İsveçrə lazım olan siqnalı verdi.
Mən Ukrayna xalqına və onun cəsur döyüşçülərinə həmrəyliyimi, əğbətimi bildirmək istəyirəm”.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?