Ölkə futbolu
“Qəbələ” Bakıya yollandı
“Qəbələ” yeni mövsümə hazırlığın birinci mərhələsini başa vurub.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” iyulun 5-də start götürən Qəbələ təlim-məşq toplanışını bugünkü hazırlıqla yekunlaşdırıb.
Qəbələ şəhər stadionunda baş tutan səhər məşqindən sonra komanda Bakıya yollanıb. Elmar Baxşıyevin yetirmələri iyulun 21-nə qədər paytaxtda hazırlıq keçəcək.
Toplanış müddətində iki yoxlama oyunu baş tutacaq. Sözügedən komanda sabah “Zirə” ilə görüşdə qüvvəsini sınayacaq. Zirə Olimpiya Kompleksində keçiriləcək matça saat 19:00-da start veriləcək.
“Qəbələ” ikinci yoxlama oyununda iyulun 21-də “Səbail”lə qarşılaşacaq.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”