Ölkə futbolu
“Qəbələ” Gürcüstanda bürünc medal qazana bilər
“Qəbələ” bürünc medallar uğrunda oynayacaq.
Tiflis şəhərində keçirilən “Dinamo Cup” beynəlxalq turniri davam edir.
Futbolinfo.az xəbər verir ki, yarışın ilk günündə “Riqa” (Latviya) klubuna 2:3 hesabı ilə məğlub olan “Qəbələ”nin U-16 komandası dünən daha iki oyun keçirib.
Litvanın “Ateitis” klubu üzərində böyükhesablı qələbə qeydə alınıb – 4:1. İkinci görüşdə meydan sahibi “Dinamo”ya uduzan (0:3) Sərdar Qafarovun komandası ilkin mərhələdə 3 xalla 3-cü yeri tutub. İlk iki pillədə olan “Dinamo” (9 xal) və “Riqa” (4 xal) final, “Qəbələ” ilə “Ateitis” (1 xal) üçüncü yer uğrunda oyuna çıxacaqlar.
Qeyd edək ki, yarış 2006-cı il təvəllüdlü futbolçular arasında keçirilsə də, reqlamentə əsasən, hər komanda avqustdan sonra doğulmuş 3 2005-ci il təvəllüdlü futbolçunu heyətinə qata bilər. “Qəbələ”də iki belə futbolçu var.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”