Ölkə futbolu
“Qəbələ” ilə yeni müqavilə ilə bağlı razılaşmadıq”
“Qəbələ” ilə yeni müqavilə ilə bağlı razılaşmadıq. Danışıqlarımız alınmadı”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Səbail”in yeni, “Qəbələ”nin sabiq futbolçusu Nikolas Raysel deyib.
O, Bakı klubuna keçidindən danışıb: “Bir neçə həftə əvvəl “Səbail”lə müzakirələrə başladıq və keçən həftə razılaşma əldə etdik. Burada da özümü yaxşı hiss edirəm. Əgər sən yaxşı oyunçusansa, keyfiyyətini hər yerdə göstərəcəksən. Bizim yaxşı komandamız var. Gənc futbolçular və təcrübəli oyunçuların vəhdətindən təşkil olunub. Bu, mükəmməl bir iş görməyimizə kömək edəcək. Bu mövsümdə uğur qazanmaq üçün hər kəsi dinləməli, öyrətməli və öyrənməliyik”.