Ölkə futbolu
“Qəbələ” prezidenti ilə vidalaşır?
Fariz Nəcəfov “Qəbələ”dən ayrıla bilər. Bu, cari mövsümün sonunadək realaşmalıdır.
Bölgə klubunun prezidentinin başqa vəzifəyə təyinat alması üzündən tezliklə futbola vida edəcəyi gözlənilir. Fövqəladə Hallar Nazirliyində işə başlayacaq Nəcəfovu kimin əvəz edəcəyi dəqiqləşməyib.
2008-ci ildən vitse-prezident, 2019-cu ildən prezident postunu tutan 45 yaşlı idman adamı son vaxtlar “Qəbələ”yə çox vaxt ayıra bilmirdi. Təyinatdan sonra isə bu, ümumiyyətlə, mümkün olmayacaq. Ona görə də Fariz bəy futboldan kənar qalmağı lazım bilib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd