Premyer-liqa
“Qəbələ”də 100-cü oyun
Murad Musayev “Qəbələ”də 100-cü oyununu keçirib.
Futbolinfo.az xəbər verir kİ, 29 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXII turuna təsadüf edib.
“Səbail”lə ev matçı (4:2) arxa xətt oyunçusunun “qırmızı-qaralar”ın heyətində 100-cü sınağı olub. Murad bu qarşılaşmalarda 3 qola imza atıb.
Müdafiəçinin “Qəbələ”dəki debütü 2012/13 mövsümündə gerçəkləşib. O, 2012-ci il avqustun 10-da Premyer Liqanın “İnter”lə görüşündə (1:0) şans qazanıb. Musayev ümumilikdə ölkə çempionatında 87, kubokda 12, avrokuboklarda 1 matçın iştirakçısı olub. Onun bütün qolları Premyer Liqaya təsadüf edib.
Müdafiəçi “Qəbələ”nin tarixinə 100 və daha çox oyun keçirən 13-cü futbolçu kimi düşüb. Bu göstəricidə rekord Ürfan Abbasova məxsusdur. O, “qırmızı-qara” formada 263 matça çıxıb.
Xatırladaq ki, “Səbail”lə qarşılaşma “Qəbələ”nin Premyer Liqada 500-cü oyunu olub.
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü