Premyer-liqa
Qəbələdə baş məşqçiyə istefa tələbi, kapitanla insident
“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Neftçi”yə doğma meydanda 0:2 hesabıyla uduzdu.
Futbolinfo.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin düşərgəsində bəzi xoşagəlməz olaylarla da diqqətçəkən olub.
Belə ki, ardıcıl məğlubiyyətlərdən narazı qalan stadiona toplaşmış qəbələli azarkeşlər istefa tələbi ilə çıxış edib. Onlar qış fasiləsindən sonrakı bütün oyunlarda qeydə alınan məğlubiyyətlərə görə komandanın baş məşqçisi Elmar Baxşıyevin getməsini istəyiblər. “Qəbələ”nin qapıçısı Tərlan Əhmədli fanatları sakitləşdirməyə çalışsa da, tribunada əyləşənlər onun çağırışına məhəl qoymayıb.
“Qəbələ”nin yeni kapitanı Qismət Alıyevlə də yerli azarkeşlər arasında insident baş verib. “Sportinfo”nun məlumatına görə, hadisə “Neftçi” ilə matç bitər-bitməz yaşanıb. Qəbələli tərəfdarların Elmar Baxşıyevi istefaya səsləməsindən narazı qalan futbolçu baş məşqçinin müdafiəsinə qalxıb və tribunaya tərəf gedib.
Alıyevin onların üstünə gəlməsini görən fanatlar da eyni cür – sərt reaksiya verib. Əsəbi azarkeşlər yarımmüdafiəçiyə “Sən get futbolunu oyna! Biz Elmarın getməsini tələb edirik. O, getməlidi. Komandanı pis günə salıb” deyib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?