Ölkə futbolu
“Qəbələ”də dörd ayrılıq
“Qəbələ” dörd futbolçu ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçilər Stefan Vukçeviç, Fernan Lopes, Kamal Mirzəyev və hücumçu Patrik Robson 2022-2023-cü illər mövsümündən “qırmızı-qara” formada çıxış etməyəcək.
2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Vukçeviç iki mövsüm ərzində 58 oyunda 2 qol vurub. Ötən mövsümün əvvəlində bir illik fasilədən sonra komandamıza qayıdan Fernan Lopesin hesabında 40 matçda 4 top var. Fasilələrlə “qırmızı-qara” forma geyinən Kamal 15, qışda komandamıza qoşulan Patrik 13 qarşılaşmada iştirak edib.
“Qəbələ” İdman Klubu bu futbolçulara “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?