Ölkə futbolu
“Qəbələ”dən Türkiyədəki 7-ci gündə tək məşq
Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” Bolu toplanışını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” qonşu ölkədə təşkil olunan təlim-məşq prosesinin yeddinci gününü başa vurub.
Baş məşqçi Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib.
Məşq meydançada gerçəkləşib. Futbolçular öncə fiziki təmrinləri icra edib, ardınca toplu çalışmaları yerinə yetiriblər.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”