Əvəzedicilər
“Qəbələ”nin futbolçusuna 3 oyunluq cəza
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Zirə-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilib.
“Sumqayıt-2” – “Qəbələ-2” oyununun 73-cü dəqiqəsində “Sumqayıt-2” komandasının 25 nömrəli futbolçusu Rüstəm Hümbətov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sumqayıt-2” klubu 150 manat cərimə edilib.
“Sumqayıt-2” – “Qəbələ-2” oyununun 90-cı dəqiqəsində “Sumqayıt-2” komandasının 70 nömrəli futbolçusu Cavid Quliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Sumqayıt-2” komandası 50 manat cərimə edilib.
“Sumqayıt-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ-2” komandası 70 manat cərimə edilib.
“Sumqayıt-2” – “Qəbələ-2” oyununun 90-cı dəqiqəsində “Qəbələ-2” komandasının 22 nömrəli futbolçusu Fərid İsgəndərov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Qəbələ-2” komandası 200 manat cərimə edilib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub