Əvəzedicilər
“Qəbələ”nin iki futbolçusu cəzalandırıldı
İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqanın 21-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Səbail-2” – “Qarabağ-2” oyununda “Səbail-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilib.
“Səbail-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilib.
“Qəbələ-2” – “Zirə-2” oyununun 54-cü dəqiqəsində “Qəbələ-2” komandasının 25 nömrəli futbolçusu İbrahim Ramazanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qəbələ-2” komandası 80 manat cərimə edilib.
“Qəbələ-2” – “Zirə-2” oyununun 90+5-ci dəqiqəsində “Qəbələ-2” komandasının 78 nömrəli futbolçusu İlkin Budaqov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Qəbələ-2” komandası 150 manat cərimə edilib.
“Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyunu təhlükəsizlik nümayəndəsi olmadığına görə 5 dəqiqə gec başladığı üçün “Kəpəz-2” komandası 100 manat cərimə edilib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-16 08:00
Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”