Ölkə futbolu
“Qəbələ”nin iki futbolçusu sıradan çıxdı
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalı çərçivəsində bu gün “Qarabağ”la cavab oyununa çıxan “Qəbələ” iki ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, meydan sahibləri ilk yarıdaca iki futbolçunun zədələnməsinə üzülüb.
Belə ki, qapıçı Anar Nəzirov və müdafiəçi Vinko Medimoreç ilk hissənin sonlarında xəsarət alıb. Bu üzdən də baş məşqçi Elmar Baxşıyev fasilədə onları əvəzləmək məcburiyyətində qalıb. Medimoreçin yerinə Yurgen Qoxa, Nəzirovun yerinə isə Tərlan Əhmədli meydana buraxılıb.
Qeyd edək ki, ilk oyunda 1:3 hesabıyla uduzan “Qəbələ” evdə də 0:3 hesabıyla məğlub olaraq mübarizəni dayandırıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”