Ölkə futbolu
“Qəbələ”nin ispanı: “Karyeradan çox həyatımı düşünməliyəm”
“Qəbələ”dən ayrılan ispan yarımmüdafiəçi Fernan Lopesin futbolinfo.az-a müsahibəsi
– İspaniyada son vəziyyət necədir və sənin durumun hansı yerdədir?
– Hazırda vətənimdəyəm və evimdə ailəmlə dincəlirəm. Azərbaycana qayıtmaq fikrim var idi, lakin çempionat təxirə düşdü. İndi bilmirəm ki, “Qəbələ”yə dönəcəm, yoxsa yox. Hazırda daha çox ailəmə vaxt ayırıram.
– “Qəbələ” variantı alınmasa, Azərbaycana qayıtmaq üçün başqa təklifiniz var?
– Hazırda hər şey nəzarət altındadır. İspaniyaya gəldikdən sonra bir az çətinliklər oldu. Hər kəsə mənimlə maraqlandığı üçün təşəkkür edirəm. Normal həyatımızı yaşayırıq. Bu dəqiqə karyeradan çox həyatımı düşünməliyəm. Çünki buna ehtiyacım var. Virus hələ də davam edir və bununla mübarizəyə biz də qoşulmalıyıq.
– İstənilən halda, futbol haqqında da düşünməlisiniz…
– Səmimi deyirəm ki, heç nədən xəbərim yoxdur. Mənim agentim bu işlərlə maraqlanır. Düşünürəm ki, hələ nəsə danışmaq üçün tezdir. Qlobal vəziyyət düzəldikdən sonra daha yaxşı olacaq.
– “Qəbələ”nin növbəti mövsüm çempiomata davam etməmək ehtimalı da var…
– Bu barədə heç məlumatım yoxdur. Ümid edirəm ki, belə bir şey baş verməz. Klub üçün ən yaxşısı olar, çünki buna layiqdirlər. Hələ ki, klub rəsmilərindən də kimsə mənimlə əlaqə saxlamayıb.
AĞA
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?