Dünya futbolu
“Qəbələ”nin rəqibi “Qalatasaray”a qalib gəldi
“Qəbələ”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan Macarıstanın “Fehervar” komandası bu gün növbəti yoxlama oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda Türkiyənin “Qalatasaray” klubu ilə üz-üzə gəlib.
Avstriyada üz-üzə gələn bu komandaların görüşü Macarıstan təmsilçisinin qələbəsiylə yekunlaşıb – 1:0. “Qəbələ”nin rəqibini yenə komandanın lideri Kenan Kodro sevindirib. O, 32-ci dəqiqədə fərqlənib.
“Qəbələ”nin “Fehervar”la ilk oyunu iyulun 21-də Macarıstanda, cavab görüşü isə bir həftə sonra doğma meydanda baş tutacaq.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı