Premyer-liqa
“Qəbələ”nin “Sumqayıt”la 35-ci qarşılaşması
“Qəbələ” futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində bu gün “Sumqayıt”ı qəbul edəcək.
Futbolinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionundakı görüş iki komanda arasında 35-ci duel olacaq.
Bunadək rəqiblər 34 dəfə qarşılaşıb. Hesabında 20 qələbə olan “qırmızı-qaralar” 10 heç-heçə edib və 4 dəfə uduzub. Top fərqi də “Qəbələ”nin üstünlüyünü əks etdirir – 56:25.
Bu matçlarda “Qəbələ”nin ən yaxşı bombardiri Viktor Mendi 7 dəfə fərqlənib. Son iki görüşdə “qırmızı-qaralar”ın qollarına Rafael Utriq imza atıb.
“Qəbələ” Sumqayıtın eyniadlı təmsilçisi ilə 33 dəfə Premyer Liqa, 1 dəfə Azərbaycan kubokunda görüşüb. Çempionatda 19 qələbəsi olan komanda 10 heç-heçə edib və 4 dəfə məğlub olub. “Qırmızı-qaralar” 55 qol vurub, 25-ni buraxıb.
Öz meydanında 18-ci dəfə “Sumqayıt”ı sınağa çəkəcək komanda evdə 12 qələbə qazanıb, 4 heç-heçə edib və 1 dəfə məğlub olub. Öz meydanında 32 top vuran “Qəbələ” 10 qol buraxıb.
Xatırladaq ki, “Qəbələ” – “Sumqayıt” matçına saat 15:00-da start veriləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”