Dünya futbolu
Qədirzadəli “Samtrediya”dan ardıcıl 3-cü məğlubiyyət
Futbol üzrə Gürcüstan çempionatında 3-cü turun oyunları keçirilib.
Futbolindo.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Şukura” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Samtrediya” Gürcüstan çempionatında 3 turdan sonra hələ xal hesabını aça bilməyib və 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…