Ölkə futbolu
Qələbə ruhunu diri saxlayan komandir
Millət vəkili Fazil Mustafanın “Qarabağ” və Qurban Qurbanov haqda paylaşımı:
“Yerində olan bir adam var. Burası çox sadə yerdir. Ölkədə olan məşqçisini tanımadığımız, oyununa oyun kimi baxdığımız klubların içində oyununa dəyər kimi yanaşan, qələbəni milli bir vəzifə kimi idrak edən Qurbandan söz edirəm. Bütöv bir naşı dəstəsinin üzərindən başı ucalara qalxmış adam həm də isbatlayır ki, bir nəfərin fədakarlığı və məsuliyyəti ilə qələbə qazanmaq mümkündür. Qarabağ adının ucuzlaşmasına, urvatsızlaşmasına yol verməyən, futbol üzərindən millətin qələbə ruhunu diri saxlayan komandiri qorumaq lazım. Sındırmaq və yandırmaq istəyənlərə ən ciddi cavabı Polşa çempionuna vurulan 5 qolla verdi. Bu sadəcə qələbə ilə yekunlaşan oyun deyildi, Azərbaycanın bütün sahələrdə mümkün potensialı barədə vizual nümayiş idi. Bu gücü yalnız Azərbaycana Qurban olmağı bacaranlar hərəkətə gətirə bilər. Siyasətdə, təhsildə, mədəniyyətdə, iqtisadiyyatda, elmdə, sənətdə və bataqlığa gömüldüyümüz hər yerdə”.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə