Premyer-liqa
“Qələbədə pay sahibi olduğum üçün çox şadam”
“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov klubun rəsmi saytına açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 8-ci turunda qarşılaşdıqları “Zirə”nin qapısından qələbə topunu keçirməklə bu mövsüm ilk qolunu vuran futbolçu sevincini gizlətməyib:
“Qol vurub, komandamızın qələbəsində pay sahibi olduğum üçün çox şadam. Çox ağır oyun alındı. Həm bizim, həm də rəqibin qol epizodları oldu. Sevinirəm ki, sonda vacib 3 xalı “Neftçi” qazandı”.
“Necə düşünürsən, bu qoldan sonra start heyətində tez-tez yer ala biləcəksənmi?” sualına Abbasovun cavabı belə olub:
“Ümid edirəm ki, daha çox oynamaq şansı qazanacağam. Bunun üçün özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Amma bu, məşqçinin qərarıdır və mən onun seçiminə hörmətlə yanaşıram”.
“Neftçi” “Zirə” ilə oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…