Dünya futbolu
“Qalatasaray” yeni transferini rəsmən açıqladı
Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Brentford” klubunun hücumçusu Halil Dervişoğlunu icarəyə götürüb.
Bu barədə “sarı-qırmızılar”ın mətbuat xidməti məlumat yayıb. 22 yaşlı forvard mövsümün sonunadək “Qalatasaray”da çıxış edəcək.
Qeyd edək ki, Halil Dervişoğlu Rotterdam “Sparta”sının (Niderland) yetirməsidir. Hücumçu 2020-ci ildə “Brentford”a transfer edilsə də, yenidən Niderlanda qayıdıb və “Tvente”də icarədə oynayıb. Niderlandda dünyaya göz açmasına baxmayaraq, Dervişoğlu Türkiyənin U-19 və U-21 yığmalarında oynayıb.