Digər
“Qalatasaray”dan Azərbaycana təbrik – FOTO
Türkiyənin “Qalatasaray” klubu sosial şəbəkə hesabı vasitəsi ilə Azərbaycanın müstəqilliyinin bərpası gününü təbrik edib.
Futbolinfo.az xəbər verir ki, İstanbul klubunun Türkiyə və Azərbaycan bayraqlarının birgə şəklinin paylaşıldığı postunda “Dost və qardaş ölkə Azərbaycanın müstəqilliyinin bərpasının 31-ci ildönümünü təbrik edirik” – yazılıb.
Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. 1992-ci ildən 18 oktyabr Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi bayram edilib. Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü