Ölkə futbolu
Qara Qarayev “Neftçi”də milyonçu olacaq
“Qarabağ”la vidalaşan Qara Qarayev tezliklə “Neftçi”yə transfer olunacaq. Bakılılar futbolçu ilə müqavilənin detallarını razılaşdırıb və bu həftə keçid rəsmən elan ediləcək.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubunda yetişən yarımmüdafiəçi bütün karyerasını “Qarabağ”a həsr edib. Amma son vaxtlar əsas heyətdən kənar qaldığı üçün Qara, getmək qərarı verib. Onun çıxış etdiyi yarımmüdafiə xəttində oyunçu bolluğu bir yana, son olaraq Patrik Andradenin də transferi Qarayevin qərarında həlledici rol oynayıb.
Millidəki komanda yoldaşı Emin Mahmudovun vasitəçiliyi ilə transferə razılaşan Qaranın “Neftçi”dəki qazancı da bəllidir. 30 yaşlı yarımmüdafiəçi illik 350 min manat əldə edəcək. Müqavilənin üçillik olacağını nəzərə alsaq, Qarayev paytaxt təmsilçisində milyonçuya çevriləcək.
Xatırladaq ki, “Qarabağ”da əvvəlki illərdə yüksək maaş alan Qarayev ötən mövsüm illik 250 min manata oynayırdı. Həm yaşı, həm də heyətə az düşməsi nəzərə alınaraq yeni müqavilədə onun əməkhaqqı azaldılıb. Bu səbəbdən futbolçu əzəli rəqibin düşərgəsinə keçməyi lazım bilib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd