Ölkə futbolu
“Qarabağ” Bolqarıstan klubuna qalib gəldi
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bolqarıstanın ÇSKA komandası ilə qarşılaşıb.
Sofiya təmsilçisi ilə oyuna Bakı vaxtı ilə saat 20:00-da start verilib. Qarşılaşma Ağdam klubunun qələbəsiylə başa çatıb.
“Qarabağ” Avstriya toplanışında Rusiyanın “Arsenal” (Tula) və Almaniyanın “Auqsburq” komandaları ilə də yoxlama oyunu keçirəcək.
Yoxlama oyunu
7 iyul
Qarabağ – ÇSKA (Sofiya) 1:0
Qol: Musa Qurbanlı, 69.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?