Ölkə futbolu
“Qarabağ” daha bir ciddi itki ilə üzləşdi
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, komandanın əsas oyunçularından olan Elvin Cəfərquliyev zədələnib.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O, topuq bağları qırılan müdafiəçinin yaxın günlərdə Almaniyada əməliyyat olunacağını bildirib. Futbolçunun ən azı 2-3 ay yaşıl meydanlardan uzaqda qalacağı gözlənilir (qol.az).
Xatırladaq ki, daha öncə komandanın digər müdafiəçisi Bədavi Hüseynov ağır zədələnərk Almaniyada əməliyyat olunub və uzun müddətə sıradan çıxıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?