Dünya futbolu
“Qarabağ” ilk “yüzlük”də
“Opta” statistika platforması dünya klublarının növbəti reytinq cədvəlini açıqlayıb.
Futbolinfo.az saytı xəbər verir ki, planetin 12 min 894 komandasının qərarlaşdığı cədvəldə Azərbaycan təmsilçilərinin yerləri də müəyyənləşib.
2023-24 mövsümündə Premyer Liqada çıxış edəcək 10 komanda arasında ən yüksək reytinqə “Qarabağ” malikdir. Ağdam təmsilçisi eyni zamanda ilk “100-lüy”ə düşən yeganə klubumuzdur. Qurban Qurbanovun yetirmələrinin aktivində 82,5 xal var.
Yenidən Premyer Liqaya qayıdan “Araz-Naxçıvan” ən aşağı göstəriciyə malik klubdur. Naxçıvan komandası 5507-ci yerdə qərarlaşıb.
Azərbaycan klublarının dünya reytinqindəki mövqeyi:
84. “Qarabağ” – 82,5 xal
272. “Sabah” – 75,7 xal
343. “Neftçi” – 74,4 xal
580. “Qəbələ” – 71,5 xal
596. “Zirə” – 71,3 xal
955. “Turan Tovuz” – 68,3 xal
1492. “Kəpəz” – 64,9 xal
1577. “Səbail” – 64,5 xal
1652. “Sumqayıt” – 64,2 xal
5507. “Araz Naxçıvan” – 51,1 xal
Qeyd edək ki, reytinqə Çempionlar Liqasının son qalibi “Mançester Siti” başçılıq edir. İngiltərə Premyer Liqasının qalibinin 100 xalı var. Almaniya çempionu “Bavariya” 95,9 xalla ikinci, İngiltərənin digər təmsilçisi “Liverpul” isə 93,8 xalla üçüncüdür.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”