Ölkə futbolu
“Qarabağ” – “Kayrat” matçına biletlər tükənir
“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda evdə “Kayrat”a (Qazaxıstan) qarşı keçirəcəyi oyuna bilet satışı davam edir.
Futbolinfo.az xəbər verir ki, indiyədək qarşılaşmaya 13 mindən çox bilet satılıb. Hazırda satışda cəmi 2 min bilet qalıb.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna koronavirus pandemiyası səbəbindən arenanın yalnız 50 faizi tutumunda azarkeş buraxılmasına icazə var.
Oktyabrın 21-də keçiriləcək “Qarabağ” – “Kayrat” matçına saat 20:45-də start veriləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”