Ölkə futbolu
“Qarabağ” legionerini transferə çıxartdı
“Qarabağ” avqustda heyətinə qatdığı Qaspar Panadero Zamoradan imtina edir. Ağdamlılar 3 illik müqavilə bağladığı ispandan razı deyil və onu yola salmağı məsləhət bilib.
Gəldiyi gündən zədələrin izlədiyi yarımmüdafiəçi heç cür özünü isbatlaya bilmir. Bu səbəbdən o, nə avrokubok, nə də Premyer Liqa matçlarında çox şans qazanmayıb. Məşqçilər heyəti onun zədəyə meylli olmasından məmnun deyil və futbolçu yola salınacaq.
Baş məşqçi Qurban Qurbanov “Futbolinfo”ya açıqlamasında xəbəri təsdiq edib: “Qasparı transferə çıxarmışıq. Özüylə dostcasına söhbət etdik, bir-birimizi anladıq. Komanda axtarmasını tapşırmışıq. Karyerası, gələcəyi var, bizdə alınmadı, başqa yerdə bəxtini sınaması məsləhətdi. Bizdə ardıcıl iki dəfə zədələndi, komandaya qoşula bilmədi. Yəqin ki, tezliklə vidalaşacağıq”.
23 yaşlı vinger komandada 17 nömrəli formanı geyinirdi. O, İspaniyanın “Almeriya”, “Kadis”, “Ponferradina” klublarında çıxış edib. Qaspar Zamora İspaniyanın U-18 və U-19 yığmalarının üzvü olub.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq