Ölkə futbolu
“Qarabağ” – “Marsel”: açıq məşq və mətbuat konfranslarının vaxtı bilindi
Futbol üzrə Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la Marsel “Olimpik”i (Fransa) arasında keçiriləcək cavab oyunundan öncə baş tutacaq açıq məşq və mətbuat konfranslarının vaxtları müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, hər iki tədbir fevralın 23-də keçiriləcək.
Saat 12:30-da Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı start götürəcək. 17:30-da isə “Azersun Arena”da “Qarabağ”ın açıq məşqi (ilk 15 dəqiqə) başlayacaq.
Marsel təmsilçisinin baş məşqçisi Xorxe Sampaolinin mətbuat konfransı saat 18:30-da başlayacaq. Bundan yarım saat sonra isə Fransa komandasının açıq məşqinə (ilk 15 dəqiqəsi) start veriləcək. Hər iki tədbir Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?