Ölkə futbolu
“Qarabağ” milyonluq təklifdən imtina etdi
“Qarabağ” bir neçə futbolçusuna görə xarici klublardan rəsmi təklif alıb. Amma ciddi hədəfləri olan ağdamlılar onların hamısını geri çevirib.
Futbolinfo.az xəbər verir ki, son olaraq ən real və cidd təklif Leandro Andrade üçün gəlib. Çinin “Şanxay Şenxua” klubu Kabo Verde yığmasının üzvünü heyətində görmək istəyir. Lakin “Qarabağ” asiyalıların milyonluq təklifini geri çevirib.
Dəqiq məbləğ açıqlanmır, amma bir ara 2,5 milyon avroluq rəsmi təklif barədə söhbətlər var idi.
Ötən il bir neçə oyunçusunu itirən, o cümlədən Kadi Borgesi “Krasnodar”a 5 milyon avroya satan “Qarabağ” hazırkı heyəti qorumaq istəyir. Yaxşı oyunçuları tapıb uyğun qiymətə Azərbaycana gətirmək mümkün olmadığı üçün baş məşqçi Qurban Qurbanov düşərgədəki futbolçuları qorumaq niyyətindədir. Klub rəhbərliyi də idman nəticələrinin yaxşılaşdırılamasını daha üstün tutduğundan təklifləri geri çevirir.
Andradeni istəyən çinlilərdən də ödəyəcəkləri inandırıcı görünməyən məbləğ tələb edilib, danışıqlar dayanıb. Düzdür, məsələ yekunlaşmayıb, ola bilsin, asiyalılar Leandro üçün daha böyük pullar xərcləmək istəsinlər. Amma indiki məqamda “Qarabağ”ın mövcud heyətini qoruyacağı daha inandırıcıdır.
Təklif gələn digər oyunçularla bağlı durum da eynidir. Bir neçə futbolçuya cəlbedici təkliflər var, “Qarabağ” rəhbərliyi isə komandanı qorumaq üçün maksimum səy göstərir.
Andrade iki il öncə Bolqarıstan “Çerno More”sindən transfer edilib . 24 yaşlı futbolçunun “Qarabağ”la 2025-ci ilin yayınadək müqavləsi var.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı