Ölkə futbolu
“Qarabağ” qələbə ilə başladı
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb.
Futbolinfo.az xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirinin ilk turunda Rusiya “Zvezda”sı ilə görüşüb.
B qrupunda yer alan komandamız bu qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. 9-cu dəqiqədə Əli Bəşirov hesabı açıb. Bu qoldan 4 dəqiqə sonra qapıçı Bilal Hacıyev penaltini dəf edərək rəqibin hesaba tarazlıq gətirməsinə imkan verməyib. Murad İbrahimovun 21-ci dəqiqədə fərqlənməsi ilə “Qarabağ”ın üstünlüyü iki topa çatıb.
Azərbaycan komandası qrupdakı digər iki matçını bu gün keçirəcək. “Qarabağ” öncə “Olimpik”lə, ardınca BATE ilə qarşılaşacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-16 08:00
Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”