Bizi izləyin

Ölkə futbolu

“Qarabağ” üçün potensial rəqib seçimi: bəlkə 3-cü olmaq daha yaxşıdı?

blank
blank

Ardıcıl 7 mövsüm Avroliqada qrupda qalan “Qarabağ” artıq bu sindromu qırıb. Ötən mövsüm Konfrans Liqasının 1/16 finalına vəsiqə qazanan Ağdam klubu cari mövsüm də minimum bu turnirin pley-offuna bileti təmin edib. İndi “Nant”la səfər matçında “Qarabağ” 1 xal qazanacağı halda, Avropa Liqasının pley-off mərhələsinə yüksələcək.

Əslində, Qurban Qurbanovun komandasının hətta qrup birincisi olmaq imkanı da var. Amma növbəti turda “Frayburq”un evdə “Olimpiakos”a uduzub növbəti turda Bakıda “Qarabağ”a məğlub olacağı inandırıcı görünmür. Lap “Frayburq” pireylilərə məğlun olsa belə, “Qarabağ” səfərdə “Nant”la oyunda xal itirsə, intriqa son tura qalmayacaq.

Bir sözlə, “Frayburq”un hər iki oyunda məğlub, “Qarabağ”ınsa qalib olması inandırıcı görünmür. Amma biz “Qarabağ”ın hər 3 variantdakı taleyini qısaca proqnozlaşdırmaq istərdik. “Qarabağ” qrupda 1,2 və 3-cü yeri tutsa, pley-offda hansı komandalarla üzləşə bilər?

Proqnoza keçməmişdən əvvəl qeyd edək ki, “Qarabağ” qrup qalibi olsa, Avropa Liqasında 1/8 finala yüksələcək və burada Konfrans Liqasında 2-ci yeri tutanla ÇL-dən gələn komandanın duelindən qalib ayrılan klubu gözləyəcək. “Köhlən atlar” 2-ci yeri tutsa, Çempionlar Liqasının qrupunda 3-cü yeri tutan komanda ilə Avropa Liqasının 1/16 finalında görüşəcək. Qurban Qurbanovun komandası qrupda 3-cü yeri tutsa, Konfrans Liqasında qrupu 2-ci pillədə tutan komanda ilə 1/16 finalda qarşılaşacaq.

Yuxarıda qeyd etdiyimiz kimi, birinci variant inandırıcı görünmür. Lap “Qarabağ” “Frayburq”u taxtdan salsa belə, mübarizəyə 1/8 finaldan qoşulacaq. Orada da ÇL-dən gələnlərlə AL-in qrupunda 2-ci yeri tutanlar qarşılaşacaq. Kimin kimlə düşəcəyini, kimin kimi adlayacağını bilmək mümkün olmadığından bu haqda mülahizə yürütməyə əbəsdir.

İndiki məqamda “Qarabağ”ın qrupda 2-ci yeri tutub Çempionlar Liqasının qrupunda 3-cü yerdən gələcək komanda ilə oynaması daha real görünür. Yaxşısı budur, 8 qrupda 3-cü yeri tuta biləcək komandaları üzə çıxartmağa çalışacaq. Doğrudu, sona hələ iki tur qalıb və indidən nəsə proqnoz vermək çətindir. Amma istənilən halda, ilkin mülahizə yürütmək mümkündür.

Əslində, bütün qruplara nəzər salsaq, ən asan proqnozlaşdırılan A qrupudur. “Napoli” ilə “Liverpul”un pley-offa yollanacağını nəzərə alsaq (İtaliya klubu artıq təmin edib), “Ayaks”la “Reyncers” AL uğrunda döyüşəcək. “Ayaks”ın evdə “Reyncers”i 4:0 hesabıyla məğlub etdiyini nəzərə alsaq, amsterdamlıların artıq şəxsi oyunlara görə rəqibini üstələyəcəyini gözləmək olar.

B qrupunda “Brügge” artıq 1/8 finala vəsiqə qazanıb. “Portu”nun 6, “Atletiko”nun 4, “Bayer”in isə 3 xalı var. Bundesliqa təmsilçisinin hazırda enişdə olduğunu nəzərə alsaq, böyük ehtimalla “Portu” ilə “Atletiko”dan biri Avropa Liqasına eniş edəcək.

C qrupunda isə artıq “Barselona”nın AL-ə yollanacağına heç kim şübhə etmir. Çünki növbəti turda “İnter”in “Viktoriya”nı Milanda məğlub edəcəyi real görünür.

D qrupunda isə vəziyyət çox qarışıqdır. “Tottenhem” 7, “Marsel”lə “Sportinq” isə hərəyə 6 xal toplayıb, “Ayntraxt” 4 xala malikdir. Qarşıdada hələ 2 tur var. Bircə onu demək olar ki, “Tottenhem” ilk iki pillədən birini tutacaq. Digər 3 komandanın isə həm ÇL-də mübarizəni davam etdirməyə və ya AL-ə yollanmaq şansı var. Belə vəziyyətdə proqnoz vermək çətindir.

Eyni sözlər E qrupuna da aiddir. Burada “Çelsi” 7 xal liderdir. “Zaltsburq”un 6, “Milan”la Zaqreb “Dinamo”sunun 4 xalı var. İlkin ehtimala görə, “Çelsi” Avroliqaya düşməyəcək. Mahir Emrelinin komandasının isə “Milan”la “Zaltsburq”u qabaqlamağa gücü yoxdur. Belədə “Milan”ın, yoxsa “Zaltsburq”un Avroliqaya yuvarlanacağını demək olmur. Hər şey “San Siro”da “Milan” – “Zaltsburq” oyunundan sonra bilincək.

F qrupu haqqında proqnoz yürütmək asandır. “Real” artıq ÇL-in 1/8 finalına vəsiqə qazanıb. “Leypsiq”in 6, “Şaxtyor”un 5 xalı var. 1 xalı olan “Seltik”dən isə danışmağa dəyməz. Hazırda komandaların güc nisbətinə nəzər salmalı olsaq, “Leypsiq”in özünə gəldiyini görərik. Amma bu komandanın səfərdə “Şaxtyor”la oyunu var. Böyük ehtimalla, bu iki komandanın müqqədatına son turdakı şəxsi dueldə aydınlıq gələcək.

G qrupunda da vəziyyətə qismən aydınlıq gəlib. “Mançester Siti” artıq ÇL-də növbəti mərhələyə vəsiqəni təmin edib. Dortmund “Borussiya” da 7 xalla artıq 1/8 finalın bir addımlığındadır. “Sevilya” ilə “Kopenhagen” hərəyə 2 xal toplayıb. Növbəti tur “Sevilya” “Sançes Pisxuan”da “Kopenhagen”i qəbul edir. Fikrimizcə, bununla artıq kimin AL-ə yollanacağını proqnozlaşdırmaq çətin deyil.

H qrupunda da böyük ölçüdə hər şeyə aydınlıq gəlib. Hərəyə 8 xal toplayan PSJ ilə “Benfika” yollarına ÇL-də davam edəcək. “Yuventus”la “Makkabi”nin isə 3 xalı var. İlk baxışdan “Yuve”nin daha perspektivli olduğunu söyləmək olar. Amma turinlilər o qədər etibarsız oynayır ki, adam nəyisə proqnozlaşdırmağa qorxur. İstənilən halda, “Yuventus”u gözləyək.

Adlarını çəkdiyimiz komandalar arasında “Qarabağ”ın qismətinə kim düşsə, yaxşıdır? Hamısı ad olaraq Ağdam klubundan güclüdür. Hələ ortada “Barselona”, “Yuventus”, “Milan”, “Marsel”, “Aynraxt”, “Sevilya”, “Atletiko” və “Portu”  kimi komandaların adı varsa, nədən danışa bilərik? Amma seçim etməli olsaq, iki komandaya “eybi yox, heç olmasa, qoy onlarla düşək” demək olar. Bunlardan biri “Ayaks”, digəri isə “Şaxtyor”dur. Bəli, “Ayaks”ı istəməyimiz bəlkə də absurd görünə bilər. Amma bu mövsüm Amsterdam klubu elə də qorxulu deyil. Erik Ten Haqın “Mançester Yunayted”ə gedişi klubu nokauta salıb. “Brügge”dən gələn Alfred Sxröder isə ipi yığa bilmir. “Şaxtyor” da ukraynalı oyunçulardan ibarətdir. Ötən mövsüm “Şerif” daha güclü “Şaxtyor”un başına oyun açmadımı? Doğrudur, bu “Şaxtyor” daha təravətli görünür. Amma yuxarıda adlarını çəkdiklərimiz qismətimizə düşəcəksə, qoy, heç olmasa Donetsk klubu ilə oynayaq.

Keçək, Konfrans Liqasına. Yəni “Qarabağ” qrupda 3-cü yeri tutsa, Konfrans Liqasında qrup 2-ciləri ilə qarşılaşacaq. Onlardan hansı daha münasibdir?

A qrupunda “İstanbul Başakşəhər” 10 xalla pley-offa yüksəlsə də, hələ liderliyi təmin etməyib. “Fiorentina” ondan 3 xal geridədir. İstanbullular evdə “Fio”nu 3:0 hesabıyla məğlub edibsə, səfərdə darmadağın olunacağı real görünmür. Böyük ehtimalla, florensiyalılar bu qrupda 2-ci yeri tutacaq. Heç arzulanan komanda deyil. Vaxtilə hər iki oyunda “Qarabağ”ı məğlub ediblər.

B qrupunda 12 xal toplayan “Vest Hem” artıq nəinki pley-offu, böyük ölçüdə liderliyi təmin edib. İkinci yer uğrunda “Silkeborq”la “Anderlext” mübarizə aparacaq. Hazırda “Silkeborq”un 6, “Anderlext”in 4 xalı var. Son turda “Silkeborq” evdə belçikalıları qəbul edəcək. Amma “Anderlext” də növbəti tur evdə autsayder “Styaua”nı udub yenidən önə keçə bilər. Vəziyyət bir az qarışıqdır. Yenə də son turu gözləyək. İstənilən halda, “Qarabağ” üçün “Silkeborq” variantı daha münasibdir. Amma “Anderlext” də əvvəlki illərdəki kimi deyil.

C qrupunda da “Vilyarreal”la üzləşmək şansımız yoxdur. Çünki bu komanda artıq liderliyi təmin edib. Qalır 5 xalı olan “Lex”lə 3 xala malik “Hapoel” (Beer-Şeva). Böyük ehtimalla, bu qrupdan “Lex” çıxacaq. Amma israillilər də evdə “Austriya”nı udub vəziyyəti xeyrinə dəyişə bilər. “Lex” isə “Austriya” ilə səfərdə oynayacaq. Bizə “Lex” sərf edir. Amma onları məğlub etdiyimizdən sonra gücləniblər. “Hapoel”ə gəlincə, israillilərdən aralı gəzsək, yaxşıdır.

D qrupunda isə “at izi it izinə qarışıb. “Partizan”ın 8, “Nitsa”nın 5, “Köln”lə “Slovaçko”nun hərəyə 4 xalı var. “Nitsa” ilə “Köln” “böyük beşlik” təmsilçisi kimi qorxulu görünür. Onlarla müqayisədə “Partizan”la “Slovaçko” daha münasibdir. Amma hazırkı “Qarabağ” bu komandaların hamısından güclüdür.

E qrupunda “Alkmaar” 9 xal toplayıb. “Dnepr”in 7, “Apollon”un isə 4 xalı var. 2 xal toplayan “Vaduts”u bir kənara qoyaq. “Alkmaar”ın səfərdə “Vaduts”, evdə “Dnepr”lə oyunlarını nəzərə alsaq, niderlandılıarın qrup birincisi olacağını düşünmək lazımdır. “Dnepr” növbəti tur “Apollon”la evdə heç-heçə etsə, böyük ehtimalla ikinci yeri tutacaq. “Qarabağ”la düşsə, pis olmaz. Ən güclü “Dnepr”i orada məğlub etmişik. İstənilən halda, yenə də ukraynalılardan kənar gəzsək, yaxşıdır. Ancaq tam keçiləsi rəqibdir!

F qrupunda “Yurqorden” 10 xal toplayaraq liderdir. Böyük ehtimalla, qrup lideri də olacaqlar. Qalır 7 xalı olan “Mölde” ilə 4 xalı olan “Gent”. Biri ilə bu yaxınlarda oynamışıq, penaltilərlə uduzmuşuq. Digəri isə Belçika təmsilçisi. Seçim etməli olsaq, “Mölde” üzərində dayanmaq olar. Amma bu rəqiblərin heç biri “Qarabağ”ı qorxuda bilməz.

“At izi it izinə qarışan” növbəti qrup! Bəli, söhbət G qrupundan gedir. “Sivasspor”la ÇFR-in hərəyə 7, “Slaviya” ilə “Ballkani”nin 4 xalı var. “Sivasspor”la “Slaviya” ad olaraq qorxuludur, ÇFR də Rumıniya komandasıdır hər halda… Amma hamısının adı var. Bu komandalar formada deyil. Ona görə də qrupda anarxiya yaranıb.

Keçək H qrupuna. Burada aləm bir-birinə dəyib. “Bazel”in 7 xalı var, “Pünik” 6, “Slovan” 5, “Jalgiris” 4 xala malikdir.  Böyük ehtimalla, “Bazel” lider olacaq. Qalan 3 komandanın şansı demək olar ki, bərabərdir. Hamısı “Qarabağ”ın dişinə görədir. Amma UEFA pley-offda Ermənistan klubunu “Qarabağ”la üz-üzə qoymaz. Digər komandalarla isə oynamaq, yaxşı nəticə göstərmək olar.

Perspektiv baxımından “Qarabağ” daha bir mərhələ keçmək üçün qrupda 3-ü tutub Konfransa getsə, daha münasib olar. Amma prestij üçün pisdir. Ümid edirik ki, yolumuz AL yolu olacaq.

ABBAS

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm