Ölkə futbolu
“Qarabağ” yenə “Neftçi”ni ötə bilməyəcək
“Qarabağ” Misli Premyer Liqasının 2022/23 mövsümündə 26-cı qələbəsini qazanıb. Qurban Qurbanovun komandası buna 33-cü turda nail olub.
Ağdamlılar “Qəbələ” ilə ev oyununda 3:0 hesabı ilə qalib gəlib. Bununla da “Qarabağ” klub tarixinin rekordunu təkrarlayıb.
Bölgə təmsilçisi ölkə çempionatında bir mövsüm ərzində qazanılan qələbə sayında ən yüksək göstəriciyə 2015/16 mövsümündə imza atıb. Həmin vaxt 36 matçdan 26-da rəqiblərini məğlub edən “Qarabağ” 7 ildən sonra həmin nəticəni təkrarlayıb. Mövsümün sonuna üç tur qaldığı üçün Qurbanovun komandası bu rekordu yeniləmək imkanına da malikdir.
Qeyd edək ki, bir mövsümdəki qələbə sayında Azərbaycan çempionatlarının rekordu 1992-ci ildə qeydə alınıb. “Neftçi” həmin vaxt 36 oyunda 30 dəfə qalib gəlib. Bu o deməkdir ki, ağdamlılar qalan matçlarda qalib gəlsə belə bakılılara çata bilməyəcək.
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-25 16:39
PSJ-nin prezidentindən “Qarabağ”a təbrik