Ölkə futbolu
PSJ-nin prezidentindən “Qarabağ”a təbrik
İspaniyanın paytaxtı Madriddə Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda qurumun İcraiyyə Komitəsinin və “Qarabağ” Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov da iştirak edib.
Toplantını ECA-nın rəhbəri, PSJ-nin prezidenti Nasser Əl-Xelaifi açıb. O, bu mövsüm öz ölkələrinin çempionluğunu qazanmaları münasibəti ilə “Qarabağ” (Azərbaycan), “İnter” (İtaliya), “Bayer” (Almaniya) və “Ferensvaroş”u (Macarıstan) bu klubların iclasda iştirak edən rəsmiləri vasitəsi ilə təbrik edib. “Feyenoord”a isə Niderland kubokunu qazandığı üçün təbrik payı düşüb.
İcraiyyə Komitəsinin iclasından sonra 400-dən çox Avropa klubunun iştirakı ilə əlaqələndirmə qruplarının (Club Connect) görüşləri başlayıb. Həmin görüşlərdə isə Azərbaycandan “Qarabağ”, “Neftçi”, “Səbail”, “Kəpəz”, “Sumqayıt”, “Turan” və “Zirə”nin rəsmiləri iştirak edir.
Qeyd edək ki, FİFA və UEFA-nın rəsmən tanıdığı ECA-da qitənin 620 klubu üzv kimi təmsil olunur.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 10:00
Samir Abasov Xaviylə görüşə gedib