Dünya futbolu
Mbappedən PSJ-də daha bir rekord
Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe rekorda imza atıb.
Futbolinfo.az xəbər verir ki, Liqa 1-in 29-cu turunda, “Loryan”la matçda (4:1) fərqlənən forvard cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 43 görüşdə 43-cü qolunu vurub.
25 yaşlı oyunçu bu qolları Fransa Liqa 1, ölkə kuboku və Çempionlar Liqası qarşılaşmalarında rəqib qapılarından keçirib. Fransa millisinin üzvü 2020/2021 mövsümündə 42 qolla yadda qalmışdı.
Qeyd edək ki, 2018-ci ildən Paris klubunun şərəfini qoruyan Mbappenin müqavilə müddəti bu yay başa çatır.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 10:00
Samir Abasov Xaviylə görüşə gedib