Dünya futbolu
Piolini əvəzləməyə daha bir namizəd
“Milan”ın baş məşqçi postuna daha bir namizəd var. Yayda Stefano Piolini istefaya göndərmək istəyən “rossonyerlər” Domeniko Tedesko ilə anlaşa bilər.
Futbolinfo.az xəbər verir ki, İtaliya nəhəngi Belçika millisinin baş məşqçisi ilə maraqlanır. Tedeskonun adı siyahıya salınıb və Avropa Çempionatı bitdikdən sonra bu mütəxəssisin A Seriyasında çalışması mümkündür.
38 yaşlı italiyalı mütəxəssis Almaniyada müxtəlif klublarda, o cümlədən Rusiyada Moskva “Spartak”ında çalışıb. Ötən ilin əvvəlində Belçika millisinə təyinat alan çalışdırıcının 2026-cı ilə kimi müqaviləsi var.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək