Ölkə futbolu
“Neftçi” Rusiyada beynəlxalq turnirdə iştirak edəcək
“Neftçi” klubunun 11 yaşadək futbolçulardan ibarət komandası Rusiyada beynəlxalq turnirə qatılacaq.
Futbolinfo.az “Sport-express” nəşrinə istinadən xəbər verir ki, “ağ-qaralar” Lev Yaşinin adına “Dinamo” akademiyasının Novoqorskda təşkil edəcəyi yarışa qatılacaq.
Turnirdə 2013-cü il təvəllüdlü oyunçular mübarizə aparacaqlar.
Azərbaycan təmsilçisindən başqa, Rusiyanın “Dinamo”, “Spartak”, ÇSKA, “Krasnodar”, Belarusun “Dinamo” (Minsk), Qazaxıstanın “Kayrat”, Özbəkistanın “Dostluq” komandaları da yarışda iştirak edəcəklər.
Turnir mayın 2-dən 4-dək təşkil olunacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 10:00
Samir Abasov Xaviylə görüşə gedib