Ölkə futbolu
“Qarabağ”da daha bir futbolçunun taleyi bəlli oldu
2019/20 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” klubunda müqaviləsi başa çatan daha bir futbolçunun durumuna aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Abbas Hüseynov növbəti mövsümdə də Ağdam komandasının şərəfini qoruyacaq. Klub rəhərliyi 25 yaşlı oyunçunun sözləşməsini yeniləməyi məqsədə uyğun sayıb. (Report)
Qeyd edək ki, “Qarabağ” daha əvvəl Nicat Mehbalıyev, Ailton Silva, Maqaye Qeye, Vaqner da Silva, Faysal Rerras, Nicat Süleymanov, Araz Abdullayev və Miçellə yollarını ayırıb. Rəşad Sadıqov isə karyerasını başa vurub və “Zirə”nin baş məşqçisi olub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza