Ölkə futbolu
“Qarabağ”da Xayme Romero şoku: Əməliyyat olunacaq
Bakıda İsveçrə “Bazel”inə qarşı Avropa Konfrans Liqasının qrup mərhələsinin ilk tur oyununda zədələnən “Qarabağ”ın futbolçusu Xayme Romeronun durumuna aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə “Report”a açıqlamasında ispaniyalı yarımmüdafiəçinin ön çarpaz bağlarından xəsarət aldığını bildirib. O, 31 yaşlı oyunçunun əməliyyat olunacağını və ən azı 5-6 ay yaşıl meydanlardan kənarda qalacağını söyləyib.
Romero oyunun 45-ci dəqiqəsində ikili mübarizə zamanı zədələnib və fasilədə Marko Veşoviçlə əvəzlənib.
Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma qolsuz başa çatıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı