Premyer-liqa
“Qarabağ”dan 500-cü qələbə
“Qarabağ” Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb.
Futbolinfo.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XVIII turuna təsadüf edib. Qurban Qurbanovun yetirmələri səfərdə “Səbail”ə qalib gəlib – 3:0.
Ağdam klubu 1992-ci ildən keçirilən yarışın tarixinə 500 qələbə qazanan ilk komanda kimi düşüb. Bu yubiley 871-ci oyunda qeydə alınıb.
“Qarabağ”ın ilk qələbəsi 1992-ci il mövsümünə təsadüf edib. Mayın 6-da Kürdəmir “Şirvan”ını qəbul edən ağdamlılar 6:0 hesabı ilə qalib gəlib.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”