Ölkə futbolu
“Qarabağ”ın ən bahalı oyunçusu
Son Azərbaycan çempionu “Qarabağ”da çıxış edən ən bahalı futbolçunun adı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə məşhur “transfermarkt.com” saytı məlumat yayıb.
Araşdırmaya görə, “Qarabağ”ın ən bahalı futbolçusu Abdullah Zubirdi. Mərakeş əsilli futbolçunun dəyəri 1 milyon 600 min avro olaraq göstərilib. 28 yaşlı yarımmüdafiəçi “Qarabağ”a transfer olarkən onun qiyməti 1 milyon avro idi. Lakin oyunçunun Ağdam təmsilçisindəki performansı onun dəyərini artırıb və komandanın ən bahalı futbolçusu edib.
Zubirdən sonra ən dəyərli oyunçu Flip Ozobiç olub. Xorvatiyalı futbolçunun dəyəri 1 milyon 300 min kimi qiymətləndirilib. 29 yaşlı yarımmüdafiəçi “Qarabağ”a “Qəbələ” klubundan keçib. Xorvatiyalının “qırmızı-qaralar”dakı dəyəri 800 min avro göstərilsə də, futbolçunun çıxışı qiymətini yüksəldib.
“Köhlən atlar”ın ən ucuz oyunçusu isə Musa Qurbanlıdır. Qurban Qurbanovun oğlu son dönəmlərdəki performansı ilə diqqətləri üzərinə çəkməyi bacarsa da, hələlik dəyərində ciddi bir artım yoxdur. 18 yaşlı futbolçunun qiyməti 75 min avrodur.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub