Bizi izləyin

Dünya futbolu

“Qarabağ”ın 123 yaşlı rəqibi: “Ferentsvaroş” Avropada da titul qazanıb

blank
blank

Püşk yenə də “Qarabağ”ı mümkün rəqiblər arasında ən çətini ilə üz-üzə qoydu. Çempionlar Liiqasının I təsnifat mərhələsində Polşa çempionu “Lex”i mübarizədən kənarlaşdıran ağdamlılar, daha sonra İsveçrə çempionu “Sürix”in öhdəsindən çətinliklə gəldi.

 

İndi də təmsilçisimizi daha çətin rəqib olan “Ferentsvaroş” gözləyir. Hərçənd “Qarabağ”ın ilk iki rəqibi Qətərdə keçiriləcək dünya çempionatına yollanan ölkənin komandaları idisə, “Ferentsvaroş”un təmsil etdiyi Macarıstan mundiala yollanmayacaq. Amma adıçəkilən bu komanda son illər iddialı çıxışı ilə diqqət çəkir.  Rusiyanın ən tanınmış mütəxəssislərindən olan Stanislav Çerçesovun çalışdırdığı komandanı mübarizədən kənarlaşdırmaq üçün xeyli əziyyət çəkmək lazım gələcək. Son sözü meydanda futbolçular deyəcək. Amma rəqibi yaxşı tanımaq və tanıtdırmaq üçün bizim də deyiləcək sözlərimiz var.

 

Macarıstan futbolunun lideri

Macarıstan futbolunun ən titullu klubu olan “Ferentsvaroş” 1899-cu il, mayın 3-də təsis olunub. Klubun adı Budapeştin Ferentsvaroş rayonunun adından götürülüb. Yarandığı ildən bəri 33 dəfə Macarıstan çempionu olan “yaşıl qartallar” 24 dəfə də ölkə kubokunun sahibi olub. Klubun tarixinin ən böyük uğuru isə hazırda Avropa Liqasının sələfi olan Yarmarkalar Kubokunu qazanmasıdı. 1964/65 mövsümündə bu turnirin finalına yüksələn budapeştlilər həlledici matçda İtaliya nəhəngi “Yuventus”u 1:0 hesabı ilə məğlub edərək kuboku başı üzərinə qaldırıb.

 

1967/68 mövsümündə “Ferentsvaroş” yenə də bu turnirin finalına yüksəlib. Amma bu dəfə “Lids” budapeştlilərin qarşısını kəsib. 1974/75 mövsümündə isə “Fradi” ləqəbli klub Kuboklar Kubokunun finalında oynamaq imkanı əldə edib. O zaman macarlar Valeri Lobanovskinin çalışdırdığı Kiev “Dinamo”su qarşısında aciz qalıb – 0:3.

 

Bu, “Ferentsvaroş”un avrokuboklarda son nailiyyəti olub. Macarıstan futbolunun eniş dövrü yaşaması “yaşıl qartallar”ın çıxışına da mənfi təsir göstərib. 2004/05 mövsümündən etibarən “Ferentsvaroş” avrokuboklarda qrup mərhələsində çıxış etmək sevincini yaşayıb. Həmin ildə UEFA Kubokunun qrup mərhələsinə vəsiqə qazanan “Fradi” 5 komanda arasında 4-cü olub. 2019/20 mövsümündə Avropa Liqasının H qrupunda oynayan “Ferentsvaroş” ÇSKA-dan 4, “Espanyol”dan 2, “Ludoqorets”dən 1 xal qopartsa da, 3-cü yeri tutaraq mübarizəni dayandırıb. Növbəti mövsümdə isə budapeştlilər tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Barselona”, “Yuventus” və Kiyev “Dinamo”su ilə qarşılaşan “yaşıl qartallar”ın gücü yalnız ukraynalılardan 1 xal qopartmağa çatıb.

 

Ötən mövsüm “Ferentsvaroş” Çempionlar Liqasının pley-off mərhələsinə qədər yüksəlsə də, “Yanq Boyz”a hər iki oyunda uduzaraq Avropa Liqasının qrupunda oynamaq imkanı qazanıb. Burada “Bayer”, “Betis” və “Seltik”lə qarşılaşan macarların gücü yalnız leverkuzenliləri 1:0 hesabı ilə məğlub etməyə çatıb. Nəticədə qrupda 4-cü yeri tutan “Fradi” mübarizəni yekunlaşdırıb.

 

“Ferentsvaroş”un azərbaycanlı sahibi – Qubadov

“Ferentsvaroş”u müəyyən mənada Azərbaycana bağlayan şəxs də var. Söhbət klubun prezidenti Qabor Qubadovdan gedir. 1966-cı ildə doğulan Qaborun atası Naxçıvandandır, anası isə macardır. “Fides” partiyasının tərkibində Macarıstan parlametinin üzvü olan Qubadov Macarıstanın tanınmış siyasətçilərindən biri sayılır. O, “Ferentsvaroş”a rəhbərlik edəndən sonra klub yüksəlişə keçsə də, nədənsə komandanın azarkeşləri Qaboru elə də bəyənmir. Dəfələrlə klubun azarkeşləri Qubadov əleyhinə etiraz aksiyaları keçirib və onu istefaya səsləyib.

 

Fanatların narazılığı Qubadovun klubu onların arzuladığı kimi idarə etməməsidir. Hərçənd, Qubadovun dövründə “Ferentsvaroş” üçün 22 minlik arena inşa edilib. Fanatları qəzəbləndirən isə stadiona biometrik vəsiqə ilə daxil olmaqdır. Azarkeşin bütün tərcümeyi halıını və xarakteristikasını göstərən vəsiqənin tələb edilməsi onlara görə şəxsi həyatın kimlərəsə ötürülməsi deməkdir. Qəribəlik ondadır ki, Qubadov klubun xuliqan və məhkumluq həyatı yaşayan azarkeşlərindən ibarət mühafizə qrupu yaradaraq oyunlar zamanı stadionun təhlükəsizliyini qorumağa çalışır.

 

Tanıdığımız Çerçesov

Azərbaycanlı futbolsevərlərin Rusiya futbolu ilə yaxından maraqlanmasını nəzərə alsaq, Çerçesovu bir o qədər tanıtmağa ehtiyac yoxdur.  Ötən il, dekabrın 20-dən Budapeşt klubunun “sükanı arxasına” keçən Stanislav Salamoviç Moskva “Spartak”ı, “Lokomotiv”, Almaniyanın Drezden şəhərinin “Dinamo”su və Avstriyanın “Tirol” klublarının qapıçısı olub. O, SSRİ, MDB və Rusiya millilərinin heyətində ümumilikdə 49 oyun keçirib.

 

2004-cü ildə Avstriyanın “Kufştayn” komandasını çalışdırmaqla məşqçilik karyerasına başlayan Çerçesov daha sonra “Vakker Tirol”,  Moskva “Spartak”ı, “Jemçujina”, “Terek”, “Amkar”, Moskva “Dinamo”su və “Legiya” klublarına rəhbərlik edib. Onun başçılığı altında “Spartak” 2007-ci ildə gümüş medal, “Legiya” 2015/16 mövsümündə Polşa çempionatı və Superkubokunun qalibi, “Ferentsvaroş” isə ötən mövsüm Macarıstan çempionu və kubokunun sahibi olub.

 

Çerçesovun ən böyük uğuru 2016-21-ci illərdə Rusiya millisini çalışdırması olub. 2018-ci ildə dünya çempionatına ev sahibliyi edən Rusiya məhz Stanislav Salamoviçin çalışdırığı yığma ilə müstəqillik tarixinin ən yaxşı nəticəsinə imza atıb. Düzdü, AÇ-2008-də ruslar Quus Hiddinkin başçılığı altında AÇ-nin yarımfinalına yüksəlsə də, Çerçesov daha nüfuzlu turnir olan mundialda komandanı ¼ finala çıxarıb. Xüsusən də onun başçılığı altında Rusiya millisinin 1/8 finalda turnirin favoritlərindən olan İspaniya millisini mübarizədən kənarlaşdırması xüsusi diqqət çəkir.

 

Rusiyalı mütəxəssisin “Ferentsvaroş”da 8 aylıq müddətdə işinin öhdəsindən məharətlə gəldiyini söyləmək olar.  Əslində, Budapeşt təmsilçisini 2018-21-ci illərə qədər daha bir yaxından tanıdığımız ukraynalı mütəxəssis Sergey Rebrov uğurla çalışdırırdı. Onun BƏƏ-nin “Əl-Əyn” klubuna işləməyə yollanmasından sonra klub avstriyalı Peter Ştögeri bu posta dəvət etdi. Amma avrokuboklarda bərbad nəticə Qubadovun qəzəbinə səbəb olunca, Çerçesova təklif yollandı. Onun gəlişindən sonra isə komanda toparlanıb və 2016-cı ildən sonra ilk dəfə həm ölkə çempionatını, həm də kubokunu qazanaraq dubl etməyi bacarıb.

 

“Lupa” ilə incələyək…

“Ferentsvaroş” Çempionlar Liqasında da pis təsir bağışlamır. Amma komandanın çıxışına ideal da demək olmur. Bəli, məqamı yetişdi. Gəlin, ilk 2 mərhələdə “yaşıl qartallar”ın çıxışını təhlil edək.

 

“Ferentsvaroş” Çempionlar Liqasının I təsnifat mərhələsində “Tobol” səddini elə də çətinlik çəkmədən adladı. Hərçənd Qazaxıstanda keçirilən ilk oyunda budepeştlilər çətinliklə üzləşdi. Oyun boyunca Çerçesovun komandası üstün futbol sərgiləsə də, rəqib qapısına yol tapa bilmədi. Bir həftə sonra Budapeştdə keçirilən oyunda isə macarlar kostanaylıların “daşını daş üstə qoymadı” – 5:1.

 

“Ferentsvaroş” Slovakiya “Slovan”ı ilə oyunda da çətinliklə üzləşdi. Macarıstanın paytaxtında keçirilən ilk oyunda meydan sahibləri təşəbbüsü ələ alıb hesabı açdı, lakin üstünlüyünü qoruya bilmədi. Bratsilavalılar sona yaxın iki qol vuraraq vəziyyəti xeyirlərinə dəyişdi.  Bratislavada keçirilən oyunda isə “Fradi” toparlanaraq slovakları şok vəziyyətinə saldı. Artıq ilk hissədə iki qol vuraraq yenidən üstünlüyü ələ alan “Ferentsvaroş” ikinci hissənin ortalarında qapısında qol gördü. Çoxları oyunun əlavə vaxta gedəcəyini gözlədiyi məqamda, “Ferentsvaroş” matçın sonlarında 2 qol vuraraq səfərdən böyükhesablı qələbə ilə döndü.

 

“Tobol” və “Slovan”la ikinci oyunlarda reallaşan darmadağınlar Çerçesovun komandasının əzəmətini göstərirmi? Qorxmağa dəyməz! Bu komandanda yetərincə böyüb boşluqlar var. Mərkəz müdafiəçiləri çox ləngdir, mövqe seçimlərində səhvlərə yol verirlər.  “Ferentsvaroş”un müdafiəsinin arxasına bir iti ötürmə və… komanda pərən-pərən olur.

 

Amma komandanın hücum gücü mükəmməldir. Yarımmüdafiənin sağ cinahında Tokmaç, solunda Adama Traore və hücumun sivri ucunda Frank Boli. Qaradərili futbolçulardan qurulan bu üçlüyün meydanda anlaşması ideal səviyyədidr.  Bolinin arxasında qərarlaşan Norveç millisinin dirijorlarından olan Kristoffer Zakariassen də əla ötürmələri və tamamlayıcı zərbələri ilə diqqət çəkir.

 

“Ferentsvaroş” hücum marşrutu da adamı valeh edir. Qısa ötürmələrlə cərimə meydançasına yaxınlaşan budapeştlilər bir-birini çox yaxşı “görür”. Hava toplarına çox da önəm verməyən komandanın başqa özəlliyi var. Cərimə meydançasının daxilində iti ötürmə etmək və topu yerlə hərəkət etdirmək hər komandanın işi deyil, amma “Fradi” bunu bacarır.

 

“Qarabağ”ın müdafiə xəttində problemlərin olduğunu nəzərə alsaq, işimiz çətin olacaq. Onların ötürmə yollarını bağlamaq çempionumuz üçün əsl problemə çevriləcək. Amma etibarlı müdafiə ilə bu komandanı çözmək olar.

 

Maraqlıdır…

Bugünə kimi klublarımız Macarıstan komandaları ilə 3 dəfə üz-üzə gəlib. 2016-cı ildə Avropa Liqasının II təsnifat mərhələsində keçirilən ilk oyunda “Qəbələ” Budapeştdə MTK-nı 2:1 hesabı ilə məğlub etmiş, cavab oyununda da 2:0 hesabı ilə üstün olmuşdu. 2 il sonra “Neftçi” Avropa Liqasnın ilk mərhələsində “Uypeşt”i keçməyə yaxın idi. Bakıda “ağ-qaralar” 3:1 hesabı ilə qalib gəlsə də, Macarıstanda 0:4 hesabı ilə darmadağın olunaraq mübarizəni dayandırmışdı. Dünən “Qəbələ”ni mübarizədən kənarlaşdıran “Fehervar”dan isə danışmağa dəyməz.

 

Əfsanələr…

Klub elə oyunçuları yetişdirib ki, onlara ayrıca toxunmaq lazımdır. Macarıstan futbolunun əfsanəsi olan Florian Albert belə desək, “Ferentsvaroş” tarixinin üz qabığıdır. Bununla yanaşı, “Barselona”, Macarıstan və İspaniya millisinin əfsanəvi hücumçularından olan Ladislao Kubalanın ulduzu da ilk olaraq “Ferentsvaroş”da parlayıb. 11 topla  DÇ-1954-ün bombardiri olan və Macarıstan millisini Ferents Puşkaşla birgə mundialın finalına daşıyan Şandor Koçiş də “Ferentsvaroş”da dahi bir oyunçuya çevrilib. Hələ həmin mundialın qəhrəmanlarından olan Zoltan Tsibor da ulduza çevrilməsinə görə məhz “Ferentsvaroş”a borcludur.

 

ŞAHSUVAR

blank
blank
blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-05-03 09:45

Poçettino: “Kopperfild deyiləm”

blank
Ölkə futbolu2024-05-03 09:27

Qurbanov: “Yerli məşqçiyə güvənmək lazımdır”

blank
Dünya futbolu2024-05-03 09:10

Fransalı futbolçu AÇ-2024-ü buraxacaq

blank
Dünya futbolu2024-05-03 08:51

Messiyə daha bir mükafat

blank
Ölkə futbolu2024-05-03 08:35

“Azərbaycan çempionatı artıq tramplinə çevrilib”

blank
Dünya futbolu2024-05-03 08:17

“Tottenhem” “Çelsi”yə də uduzdu

blank
Milli komanda2024-05-03 08:00

Vay(ss) bizim halımıza?

blank
Dünya futbolu2024-05-03 01:15

“Fiorentina” qələbə qazandı, “Aston Villa” evdə uduzdu

blank
Dünya futbolu2024-05-03 01:03

Avroliqa: “Bayer”dən Romada qələbə, Marseldə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 23:47

Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər bilindi

blank
Digər idman növləri2024-05-02 23:00

İlk yarımfinalçı bəlli oldu

blank
Milli komanda2024-05-02 22:45

“Prezident Kuboku”: İkinci günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-05-02 22:27

Millimiz Belarus yığmasına uduzdu

blank
Digər idman növləri2024-05-02 20:00

Azərbaycanlı cütlük “Prezident Kuboku”nda üçüncü oldu

blank
Dünya futbolu2024-05-02 19:37

Fransa klubunda baş məşqçi ayrılığı

blank
Ölkə futbolu2024-05-02 19:11

“Sabah” bu bölgələrdə 22 futbolçu seçdi – VİDEO

blank
I Liqa2024-05-02 18:54

“Qaradağ Lökbatan” və “Şamaxı”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-02 18:36

Rusiya millisi üçün yeni rəqib

blank
Dünya futbolu2024-05-02 18:18

Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm